İtaliya mafiyasının 20 il axtarışda olan bossu Ernesto Fatssalari İtaliyanın cənub regionu Kalabriyada polis əməkdaşları tərəfindən saxlanılıb.
 
BBC xəbər verir ki, onu ömürlük həbs cəzası gözləyir.
Polis 46 yaşlı Fatssalarini düz onun yatağında yaxalayıb, o, müqavimət göstərməyib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Fatssalari narkotik ticarəti və qanunsuz kapitalın dövriyyəsi ilə məşğul olan "Ndranqeta" cinayətkar qruplaşmasının üzvüdür.
Ernesto Fatssalari ilk dəfə 1996-cı ildə həbsdən yayınıb. O, 1999-cu ildə qətl, adam öldürməyə cəhd, həmçinin dələduzluq maddələri də daxil olmaqla, bir neçə cinayət üzrə qiyabi olaraq məhkum edilib. ("Report")