Bu gün axşam saatlarında Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un Report-a istinadən məlumatına görə, bıçaqlanan qadın 1986-cı il təvəllüdlü Mətanət İbrahimovadır.

Yaralı təcili Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər. Hadisəni törədənin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.