"Qara qızıl"ın qiymətlərində azalma müşahidə olunur.
Unikal.org anspress-ə istnadən bildirir ki, "Layt" markalı xam neftin qiyməti azalıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 47.24 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli ucuzlaşaraq 48.11 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0.39 dollar bahalaşaraq 51.05 dollar təşkil edib.
Bu günə olan qiymətli metalların qiymətləri fərqli yöndə dəyişib. Anspress-in "Bloomberg"dən aldığı məlumata görə, qızılın bir qramının qiyməti 2 dollar qalxaraq 42.88 dollar olub. Platinin bir qramı 31.94 dollar, palladiumun qramı 17.77 dollar təşkil edib. Gümüşün isə qiyməti də bahalaşıb, qramı 58 sentə satılıb.