Şahin Mustafayev benzinin qiyməti bahalaşa bilərmi?
12:02 17-10-2012
CƏMİYYƏT
Şahin Mustafayev benzinin qiyməti bahalaşa bilərmi?
Son baş verənlər fonunda bu, kifayət qədər real görünür
Hökumət benzinin qiymətini artırmağa hazırlaşır. Bu barədə məlumatı yanacaqoldurma məntəqələrindən birinin işçiləri bizə bildirib.
Hazırda yanacaqdoldurma məntəqələrində əsasən iki markalı benzin satılır: AI-93 və AI-95. AI-93-ün 1 litri 55 qəpik, AI-95-in 1 litri isə 60 qəpikdir. Tarif Şurasının müəyyən etdiyi qiymətlərə görə ən bahalı benzin AI-95-dir.
Maraqlıdır ki, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Tarif Şurasının ilin sonunadək benzinin qiymətində bahalaşmaya gedə biləcəyini istisna etməyən adının çəkilməsini istəməyən mənbə də belə bir qiymət artımı üçün real səbəblərin olmasına diqqət çəkib: “Bunlardan biri və ən önəmlisi BP şirkəti ilə hökumət arasındakı ixtilafdan da məlum olduğu kimi, ölkədə neft hasilatının kəskin aşağı düşməsidir. Digər tərəfdən hasilatın azalması ilə ölkənin gəlirlərində də sürətli azalma baş verir, bu isə ayrı-ayrı bahalaşma addımlarının atılmasını stimullaşdıra bilər”.
Mənbə “Unikal” əməkdaşı ilə söhbətində ona da diqqət çəkib ki, son günlərdə ölkədə ayrı-ayrı məhsulların (məsələn kənd təsərrüfatı məhsullarının) qiymətindəki artıma diqqət çəkib: “İctimai rəy bu bahalaşmaları səssiz və sanki belə də olmalı imiş məntiqi ilə qarşıladığı üçün hökuməti yeni qiymət artımlarına həvəsləndirə də bilər”.
Mənbəmiz benzinin mümkün bahalaşması barədə iddialara inanmamaq üçün də ciddi əsasların olduğunu söyləməyi unutmayıb: “Məsələn, onlardan ən önəmlisi gələn ilin prezident seçkiləri ili olmasıdır. Belə həssas bir ildə və ya il ərəfəsində bu cür ciddi bahalaşma addımı atılacağı riskli görünür”.
“Unikal” olaraq xatırladaq ki, Azərbaycanda sonuncu dəfə benzinin qiymətinin qalxacağı xəbəri ötən ilin əvvəllərində yayılıb. Çox keçmədən hökumət bu məlumatları inkar edib. “Azərbaycanda bezinin qiymətinin qalxacağı barədə məlumatların heç bir əsası yoxdur” deyə həmin vaxt İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.
A. Əliyev benzinin qiymətinin qalxması məsələsinin ümumiyyətlə gündəmdə olmadığını da vurğulayıb: “Yayılan məlumatlar şayiədən başqa bir şey deyil. Benzinin qiymətinin qalxması məsələsi hazırda müzakirə olunmur”.
Onu da yada salaq ki, həmin vaxt qəfildən və çox geniş yayılan benzinin qiymətinin 80 qəpik - 1 manata qalxacağı barədə şayiə Bakıda daha böyük ajiotaja səbəb olub. Nəticədə paytaxtdakı yanacaqdoldurma məntəqələrində böyük növbələr yaranıb.
Və sonda: bəs digər ölkələrdə benzinin qiyməti neçəyədir? Buyurun, oxuyun tanış olun, amma bu zaman həmin ölkələrdə əhalinin gəlirlərinin Azərbaycandakından qat-qat çox olmasını və bir çoxlarının isə neft ölkələri olmadığını da nəzərə alın: Türkiyədə bir litr benzinin satış qiyməti - 1.96 avro, Hollandiyada bir litr benzinin satış qiyməti - 1.55 avro, Norveçdə bir litr benzinin satış qiyməti - 1.52 avro, Yunanıstanda bir litr benzinin satış qiyməti - 1.50 avro, Danimarkada bir litr benzinin satış qiyməti - 1.44 avro, Fransada bir litr benzinin satış qiyməti - 1.41 avro, Almaniyada bir litr benzinin satış qiyməti - 1.41 avro, İngiltərədə bir litr benzinin satış qiyməti - 1.37 avro, İtaliyada bir litr benzinin satış qiyməti - 1.36 avro, İspaniyada bir litr benzinin satış qiyməti - 1.15 avro.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04