Azərbaycanda 2010-cu ildən 2019-cu ilin yanvar ayınadək sərxoş vəziyətdə cinayət törədən şəxslərin statistikası açıqlanıb.
Unikal.org-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sözügedən müddət ərzində 5048 nəfər vətəndaş sərxoş halda cinayət törədib. Bunlardan 270 nəfəri zərərçəkənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri törədib.
Digərləri isə qəsdən adam öldürmə və adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, zorlama, oğurluq, onlardan mənzillərdən soyğunçuluq, quldurluq, dələduzluq, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlər törədiblər.