Azərbaycanda yeniyetmə şəxs yük maşını qaçırıb.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, Qusar RPŞ-yə müraciət edən kənd sakini A.Səmədov oktyabrın 19-da Quxuroba kəndinin ərazisində “QAZel” markalı avtomobilinin qaçırılmasını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Cağar kənd sakini olan bir yeniyetmə saxlanılmışdır.
Araşdırma aparılır.