Antaliyada Korkuteli mahalı Bayatbademleri Məhəlləsində Azərbaycan əsilli Türk vətəndaşı Bəxtiyar Muradova aid xırda buynuzlu mal-qaranın saxlanıldığı fermadan mikroavtobus oğurlayan şəxs saxlanılıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, sahibkar Bəxtiyar Muradova oğurluq edən Halil D-nin izinə düşüb. Şəxsi avtomobili ilə Halil.D-ni izləyən Muradov polisə zəng edərək məlumat verib.
Oğru Termessos Qovşağında reyd keçirən polislərin “dayan” əmrinə tabe olmayıb. Ancaq o Cehennem Deresi adlı yerdə qarşıdan gələn tankerə çırplaraq dayanmağa məcbur olub. Polislər Halil.D-ni həbs ediblər.
Bəxtiyar Muradov jurnalistlərə verdiyi açıqlamada qovalamanın yarım saat davam etdiyini və oğrulanan avtomobilə ciddi zərər dəydiyini deyib.