Ukraynadan qeyri-qanuni yollarla Polşaya qaçmaq istəyən üç azərbaycanlı deportasiya edilib.
Unikal.org xəbər verir ki, Smilnitsya gömrük məntəqəsində saxta sənədlərlə 8 əcnəbi vətəndaş Ukraynadan Polşaya keçmək istəyib.
Bunlardan 5 nəfəri türkiyə, 3 nəfəri isə azərbaycan vətəndaşı olub.
Türkiyə və Azərbaycan vətəndaşları ölkələrinə deportasiya edilib.