ATƏT artıq yararsız təşkilata çevrilib
14:14 20-10-2012
İQTİSADİYYAT
ATƏT artıq yararsız təşkilata çevrilib
Qarabağ probleminin həlli üçün yeni format lazımdır
Dağılıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlar heç bir səmərə verməsə də yenədə danışıqlar prosesinin davam etdirilməsinin zəruriliyi bildirilir. Halbu ki, artıq əksəriyyət hesab edir ki, proseslə bağlı aparılan danışıqlar nəticəsizdir və ümumiyyətlə problemə yanaşma düzgün deyil.
Hətta belə bir fikirdə səsləndirilir ki, danışıqların uğursuz olması səbəblərindən biri də bu problemlə ATƏT-in Minsk qrupunun məşğul olmasıdır. Çünki bu qrup indiyə qədər təsir etmə mexanizmi yarada bilməyib və bu səbəbdən danışıqların həlledici məqamında Ermənistan tərəfi nəticələri sıfırlaya bilir. Ekspertlər buna görə hesab edirlər ki, problemin həlli üçün yanaşma fəlsəfəsində yerdəyişmələr etmək vacibdir.
"ATƏT-in Minsk Qrupu öz lazımsızlığını göstərdi, əgər indiki kimi fəaliyyət göstərəcəksə, o heç kimə lazım deyil". Bu fikirləri Ceymstaun Fondunun nümayəndəsi Vladimir Sokor Bakıda keçirilən Azərbaycan-ABŞ münasibətlərinə həsr olunmuş konfransda deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunda islahatlar aparılmalı, ABŞ bu müstəvidə Rusiya ilə müqayisədə daha aktiv rol oynamalıdır.
"Hesab edirəm ki, ABŞ prezidentinin yüksək səviyyəli xüsusi elçi təyin etməsi çox effektiv olardı. Dnestryanı münaqişənin nizamlanmasında iştirak edən Almaniyanın təcrübəsindən istifadə də faydalı olardı. Azərbaycan Qərbə doğru inteqrasiya götürüb və bununla əlaqədar Rusiya və İran tərəfindən risklərlə üzləşib".
Ekspert bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın Azərbaycan siyasətinin əsas prioritetləri sırasına daxil edilməyib və münaqişənin nizamlanması üçün bu vəziyyəti dəyişmək lazımdır: "ABŞ etnik təmizləmələrin qarşısını almaq üçün Kosovo, Bosniya, hətta Xorvatiyada əməliyyatlar keçirib, lakin Dağlıq Qarabağa münasibətdə belə addım atmayıb. Bunu etməməsinin səbəbi Rusiyanı və güclü erməni lobbisini qıcıqlandırmamaqdır. ATƏT-in Minsk Qrupunda balans yaratmaq üçün ABŞ prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin təyin olunması vacibdir. Rusiya ATƏT-in Minsk Qrupunda ermənilərin Azərbaycan torpaqlarına iddialarının qarantı rolunda çıxış edir".
Vladimir Sokor Xankəndi aeroportunun istismara verilməsini Ermənistanın növbəti təxribatı kimi dəyərləndirib.
"Dağlıq Qarabağ məsələsində ABŞ-ın Azərbaycana daha fəal şəkildə dəstək verməsini istəyirik".
Bu açıqlamanı isə Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov verib.
Onun sözlərinə görə, son zamanlar ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətində passivlik hiss olunur: "Biz ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daha fəal olmasını, işğalçını öz adı ilə çağırmasını, Azərbaycan torpaqlarının yaxın zamanlarda erməni işğalından azad edilməsinə nail olmasını istəyirik". "ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin tənzimlənməsi istiqamətində atdığı addımların müsbət cəhəti yalnız problemin həllinin hərbi müstəviyə keçməsinin qarşısını almaqdan ibarət olub". Bunu Gürcüstanda fəaliyyət göstərən Münaqişə və Danışıqlar üzrə Beynəlxalq Mərkəzin məsləhətçisi Marion Kipiani deyib.
Toplantıda Gürcüstanda keçirilən seçkilərin nəticələri, dünyada və regionda baş verən münaqişələr müzakirə obyekti olub. Dağlıq Qarabağ münaqişəsinə toxunan M. Kipiani münaqişənin həlli istiqamətində heç bir irəliləyişin olmadığını, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin səmərəsiz olduğunu bildirib: "Minsk Qrupunun fəaliyyətində qapalı məqamlar çoxdur. Hesab edirəm ki, problemin həlli üçün qrupun formatında müəyyən dəyişikliklər edilməlidir. Həmçinin bu problemin həllində cəmiyyətin rolu da artırılmalıdır".
Beləliklə gördüyünüz kimi müxtəlif təmayüllü ekspertlərin bu məsələdə fikirləri eynidir və günün tələbi kimi ortaya yeni məsələ çıxır. Ya ATƏT-in Minsk qrupunun formatı dəyişdirilməli, ya da məsələnin həlli ilə bir başa BMT məşğul olmalıdır. Amma ekspertlər hesab edir ki, bu çıxış yolu olmayacaq. Çünki məsələdə tormuzlayıcı rol oynayan qüvvə var və bu Rusiyadır. Hesab edilir ki, ilk növbədə problemin həlli üçün beynəlxalq güclər Rusiyaya təzyiqi artırmalıdır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00