Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu çexiyalı hakimlər idarə edəcəklər.

"Unikal" xəbər verir ki, görüşün baş hakimi FIFA referisi Ondrey Berka olacaq.

Ona Ovan Nadvornik vəı Yan Vana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək.

VAR-da Tomas Kocourek, AVAR-da Miroslav Zelinka əyləşəcək.