Taleh Qaraşov özündən əvvəlki icra başçısına qarşı
12:49 23-10-2012
İQTİSADİYYAT
Taleh Qaraşov özündən
əvvəlki icra başçısına qarşı
Lənkəranda milyonlarla manatın xərcləndiyi park dağıdılır
Lənkəran şəhər İcra Hakimiyyətinin binası qarşısındakı meydan-park sökülür. Söküntü parkın yenidən qurulması ilə əsaslandırılır, halbuki o, təzəlikcə təmir edilmişdi. Bu barədə rayon sakinləri bildiriblər.
Xatırladaq ki, bu ilin aprelində Lənkərana yeni icra başçısı təyin edilib. Bu, həmin vaxtadək Astaranın icra başçısı olmuş Taleh Qaraşovdur.
Yeri gəlmişkən, Qaraşovun icra başçısı kimi “zəngin tğərcümeyi-hal”ı var. Belə ki, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Hansı rayona rəhbərlik etməsindən asılı olmayaraq onun fəaliyyəti daim sakinlərin narazılığı və ölkə mətbuatının kəskin tənqidi ilə müşaiyət olunub.
Eyni proses indi də Lənkəranda müşahidə edilir. Rayon sakinlərinin deməsinə görə, Lənkəranın mərkəzi parkında heç vaxt rahat gəzmək mümkün olmayıb. İllərlə parkda gedən təmir-tikinti işləri buna imkan vermir. Hazırda isə burada piltələr sökülüb, fəvvarələr dağılıb. Parkda fəhlələr işləyirlər.
Sakinlər deyirlər ki, onlar bu mənzərələrə artıq vərdiş ediblər, el əki, rapyonda hər dəfə icra başçısı dəyişəndə bura dağıdılır və yenidən düzəldilir.
Onların sözlərinə görə, vaxtilə parkda qədim və nadir ağaclar olub. Məsələn, iki dənə palıd ağacı var imiş, onu sabiq icra başçılarından olan və hazırda Bakının Qaradağ rayonuna rəhbərlik dən Süleyman Mikayılov kəsdirib.
Sakinlər bildirirlər ki, cəmi bir neçə il bundan əvvəl tikilən parkın yenidən sökülməsi özbaşınalıqdan xəbər verir: “Camaat işsizdir, yoxsulluqdan əziyyət çəkir. Kommunal şərait ağırdır. Təsəvvür edin, Lənkəran şəhərində içməli su və kanalizasiya xətti yoxdur. İçməli su və kanalizasiya xətlərini yenidən qurmaq üçün 170 milyon manat pul ayrılıb. Rayonda qazlaşdırma tam başa çatmayıb. Abonentlərin yalnız 31,3 faizi qazla təmin olunub. Amma bunlar dövlətimizin rayona ayırdığı vəsaiti təmirli parkı yenidən söküb yenidən qurmağa xərcləyirlər”.
Rayondakı iddialara görə parkda dağıdılan fəvvarələrin sayəsində yüz minlərlə manat vəsait faktiki olaraq havaya sovrulub. Məsələ burasındadır ki, parkda iki fəvvarə mövcuddur, fəvvarələrin hər birinin 200 min manata başa gəldiyini mətbuat da yazıb, deməli, 400 min manat, yəni yarım milyon dollarlıq bir vəsait onların quraşdırılmasının üstündən cəmi 4 il keçəndən sonra məhv edildi. Sakinlər deyirlər ki, bu qədər vəsaitlə Lənkərandakı minlərlə kasıb ailənin maddi durumunu nisbətən də olsa, yaxşılaşdırmaq mümkün idi. “Amma kimdi sadə camaatı fikirləşən? Məmurlar hansı yollarlasa büdcədən ayrılan pulları havaya sovurmaqdan başqa heç nə maraqlandırmır. Xalq acından ölsə də olar” - bunu da Lənkəran sakinləri deyirlər.
Xatırladaq ki, Azərbaycanda bir icra başçısının görəvdən alınıb yenisi ilə əvəzlənməsindən sonra təzə rayon rəhbərinin özündən əvvəlkinin tikinti-quruculuq-abadlıq işləri adı altında xərclədiyi milyonların başına daş salması, təzə tikinti-quruculuq-abadlıq işlərinə start verməsi adi haldır. Bu prosesin təkrarlanmadığı rayon tapmaq çətin məsələdir və belə görünür ki, analoji proses hazırda Lənkəranda gedir. Taleh Qaraşov sələflərinin tikdiklərini söküb yenidən tikməklə, yenidən qurduqlarını dağıdıb bir daha yenidən qurmaqla məşğuldur.
Bir tərəfdən baxanda bunda təəccüblü heç nə yoxdur. Hazırda Azərbaycan reallığında büdcədən ayrılan vəsaitlərin sonuna çıxmağın ən yaxşı yolu məhz budur: tikinti, təmir, quruculuq, abadlıq işləri.
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00