Eynulla Fətullayev Şahvələd Çobanoğlunu “satqın” adlandırdı
Eynulla Fətullayev Şahvələd
Çobanoğlunu “satqın” adlandırdı

O, isə keçmiş baş redaktorunu “riyakar”lıqda ittihamladı

Hüquq müdafiəçisi Eynulla Fətullayev facebook sosial şəbəkəsində Fazil Mustafanın “Şahvələd yan olacaqmı?” köşə yazısından müəyyən bir hissəni paylaşıb. Ş. Çobanoğluya ünvanlanan həmin yazıda E. Fətullayevlə Ş. Çobanoğlu arasında ictimaiyyət üçün maraqlı ola biləcək məqamlara toxunulub. E. Fətullayev sözügedən yazıdan bu hissəni paylaşıb:

“Bioqrafiyanı sadalayım, yanlışlar varsa, lütfən, düzəldərsən: Xalq Cəbhəsi yaranandan sonrakı illərdə onun strukturlarında irticanın ağır vaxtlarında aktiv rol almadın, ADP-nin ideyası ilə yaxından-uzaqdan əlaqən olmasa da, başçılıq etdiyin “Hürriyət” qəzetindən yeyinti üstündə müəmmalı şəkildə qovuldun. “Günaydın “ qəzeti ilə ara-sıra Elçibəyi təbliğ etməyi gözə soxaraq indi qulluq etdiyin “Azadlıq” və “Yeni Müsavat qəzetlərinin mövqelərinə qurşaqdan aşağı zərbə vurdun. Xatırlayıram ki, 1998-ci ilin payızında jurnalistlər aclıq edəndə, mətbuat irticaya qarşı birləşib mücadilə edəndə ANS-də onları təmsil edən Rauf Arifoğluna qarşı əks mövqe sahibi kimi yalnız səni tapib qoya bildilər. 2003-də bizimlə birlikdə Böyük Quruluş partiyasını təsis etdin və seçkidə İsa Qənbəri dəstəkləməyimizə etiraz olaraq partiyadan getdin. Onda ki, sənin deyiminlə desək, İlham Əliyevi dəstəkləməmişdik, bizi niyə satırdın?”.
E. Fətullayevin bu statusuna Ş. Çobanoğlunun yazdığı cavab tərəflər arasında tənqid, ittiham və həmçinin təhqirlərlə müşayiət olunan müzakirəyə səbəb olub. Həmin dialoqun maraqlı olduğunu nəzərə alıb olduğu kimi təqdim edirik:
- Şahvələd Çobanoğlu: -Sevinirsən, Eynulla?
- Eynulla Fətullayev: -Yox, niyə sevinməliyəm ki?
- Eynulla Fətullayev: -Şahvələd Çobanoğlu, amma məni Balıq Xafizlə müqayisə etməyin ədalətsizlik deyildimi? Həbsdən çıxandan bu günə qədər iradlarını, təhqirlərini ancaq mətbuat səhifələrindən oxudum, yoldaşlıq, həmkarlıq, dostluq onu tələb etmirdimi ki, ən azı əyləşib üz-üzə söhbət edək. Ancaq bunu etmədin... İndiyə qədər anlamıram - niyə?
- Şahvələd Çobanoğlu: - Mənim iradlarım aydın olub axı, bunlar şəxsi olmayıb, şəxsi olaraq mənim heç bir narzılığım olmayıb və yoxdur... paxıllıq etdim ki, Zəfər müəllimin yerinə niyə mən olmamışam)))
- Eynulla Fətullayev: - Şahvələd Çobanoğlu, yazırsan ki, mən hökumətə atdığıma görə həbsə düşdüm. Heç utanmadınmı bunları yazanda? Kimdə bilməsə axı sən həbs olunmağımın əsl səbəbini bilirdin! Bilirdin ki, mən ictimai mənafe, Elmara görə həbsə girdim.... Bilirdin ki, istəsəydim, sövdələşməyə girib, həbsdən qurtulardım... Parisdə də gedib demisən ki, Eynulla razılaşıb çıxıb. Nə ilə razılaşmışam? Kimlə razılaşmışam? Sən yazmadığından mən nə yazmıram?
- Şahvələd Çobanoğlu: -Utanmadım, çünki mən sənin hökumətə atdığına görə həbs edildiyini yazmamışam... Amma həbsdən sonra hökumətə işlədiyini yazmışam... Men bunu açıq qəzetdə yazmışam, Parsidə deməyimdə ne problem var ki...
- Eynulla Fətullayev: - Elmarla işləmək, Elmarın qatillərinə işləmək... Mən Elmarın qatillərinə işləyirəm?
- Şahvələd Çobanoğlu: - Bu hökumət deyilmi Elmarın qatilləri? Eynulla, mənim hərkətlərim sənin hərəkətəerinə adekvat olub, əks halda səni türmədə olanda müdafiə etməzdim...
- Eynulla Fətullayev: - Hökumətə işləyə-işləyə də Rafiq Tağının qətli ilə bağlı araşdırma aparıb, qatil tərəfə göstərdim.
- Şahvələd Çobanoğlu: - Məni inandırmaq istəyirsən? Maaş vermək istəyirsən yenə? )))
- Eynulla Fətullayev: -Hökumətə işlədim və bunu dərc etdim.http://haqqin.az/ictimai/3145-neftyanaya-voyna-prezidenta.html. Sadəcə sənin yalanlarını ifşa edirəm və edəcəm. Sən özünə demokrat demə, demokratik təfəkkürün nə olduğunu bilmirsən. Mən öz yolumla gedirəm, sənin isə yolun yoxdur. Bu barədə düşün. Onsuz da sən bütün körpüləri yandırdın... Ən böyük qəbahətin isə məni Balıq Xafiz kimi insanlarla bir sıraya aid etməyin oldu. Çünki bu ölkənin ən vicdansız insanları belə bunu etməzdi.
- Şahvələd Çobanoğlu: -Eynulla, körpü-zad yox imiş, yalanım olanda ifşa etmək borcun olmalıdır, sen özün çalış öz yalanın olmasın, narahat deyilem...
- Eynulla Fətullayev: - Şahvələd, bəlkə mən nə zamansa Müsavatın və ya AXC-nin üzvü olmuşam, siyasi müxalifətin fəalı olmuşam? Bəlkə imitasiya ilə məşğul olmuşam və ya müxalifətdə ştreyxbreykelik etmişəm? Mən jurnalist idim, fikirlərimi yazırdım, bu gün də yazıram, ictimai fəaliyyətlə məşğul oluram, çalışıram Azərbaycanda Avropa dəyərlərini təbliğ edim. Sən nə istəyirsən? Sən hardasan? Sən kiminləsən? Məram? Məqsəd? İstədiyin nədir? Mənə elə gəlir ki, bunu özün də bilmirsən...
- Şahvələd Çobanoğlu: - Mən müxalifətçi olmağımı gizlətmirəm də... AXC və ya Müsavat üzvü olmağımla da fəxr edirem. Məgər bu ayıbdır? Sən də YAP və ASDP üzvü olmusan... Həm də sənin yaxşı yolda olduğunu bu ölkədə bəlkə hamıdan çox mən istəmişəm, buna şübhən varmı?
- Eynulla Fətullayev: - Yox, buna şübhəm yoxdur, amma niyə biz bütün bunları publik şəkildə müzakirə etməli idik? Niyə zəng edib demədin ki, Eynulla gəl görüşək, bir çay içək, sənə suallarım var, bəzi şübhələrim var.... Sanki cəmiyyətə nümayiş etdirmək istədin ki, baxın görün bu Eynulla satılıb, amma mən yaxşıyam, qorxmazam... Qılıncım da əlimdədir. Sənə həqiqət lazım idisə niyə heç bir dəfə görüşməyə cəhd etmədin? Əgər məqsəd saf idisə niyə münasibətlərimizi ictimailəşdirdin? Düz deyirsən, mənimlə müqayisə etdiyin Balıq Əli Kərimlinin üstünə hücum çəkəndə də Əli Kərimlinin müdafiəsinə iqtidarın sifarişi ilə qalxdım)))
- Şahvələd Çobanoğlu: -Eynulla, şəxsi söhbətdə dediklerimi söyləsəm, deyecəksən ki, şəxsi söhbətləri açdın... Çalış düz yolda ol, həmişə. Onsuz da səni mənə irad tuturlar)))) Düz yolda olsan məndən sənə adi irad da gəlməz. Əli Kərimlini müdafiə etdinsə - bu yaxşı haldır...
- Eynulla Fətullayev: - Sən mənə yol göstərmə dedim, öz yolum var, nəyin düz, nəyin yanlış olduğunu yaxşı bilirəm. İradlarına gələndə isə nə qədər bacarırsan yaz, qolun var olsun, heç vecimə də deyil, çünki haqlı olduğumu bilirəm. Mənə görə niyə sənə irad tuturlar ki?))) Bunu heç anlamadım, düz deyirsən, 2007-ci ildə gərək başqa cür edərdim, onda bu cür danışmazdın... Amma sən məni satdın, Fazil düz deyir, çünki sənin kimi insanlar üçün duz-çörək anlayışı yoxdur. Bax, belələrindən həmişə qorxmuşam. Müqəddəs heç nə yoxdur sizin üçün. Deyirsən məni həbs edənləri müdafiə edirəm, bunda da haqlısan. Bilirsən, hökumətdə olan insanların heç olmasa bir kodeksi var - pis, yaxşı, oğru, cani, amma bir kodeksi... Yasaqlar var, mənəvi yasaqlar. Sizin heç bir kodeksiniz yoxdur, Şahvələd, ən təhlükəlisi budur. Hökumətin, İlham Əliyevin bu kodeksi var. Ona görə də məni həbsdən sağ buraxdı, çünki ona pul atmamışdım, aldadmamışdım, satmamışdım heç kimi, ikili oyun oynamamışdım, amma sənin bu gün müdafiə etdiyin insanlar, ikili də onlu da oyun oynayır, bunu da bilirsən, ona görə də şərəflərini alçaldırlar və düz edirlər... Sağol. Salamat qal. Nə qədər bacarırsan yaz.
- Şahvələd Çobanoğlu: -Səni niyə satdım, kimə satdım, nə qazandım? Əksinə, sən bizi satdın - bu hakimiyyətə. Fazil de satılıb... Satan idik, niyə türmədə olanda satmırıq? Müqəddəslik o idi ki, haqsız tutulmuşdun, müdafiə etdik.
- Eynulla Fətullayev: -Sizi deyəndə kimi, əzizim? KİMİ??? Bəlkə səninlə əhd-peyman bağlamışdıq, bəlkə sazışimiz var idi? Bəlkə sənə nəsə söz vermişdim?
- Şahvələd Çobanoğlu: -Söhbət çox uzandı, heç kim heç kime söz vermir, söhbet ictimai dəyərlərdən gedir. Səndən bir umacağım da yoxdur. Sən də sağ ol.
- Eynulla Fətullayev: -Sən 2005-ci ildə mətbuatda yox idin, Gündəlik səni mətbuata qaytardı, tribuna verdim sənə, imkanlar yarandı, qəzet buraxdın, pismi etdim? Nə qədər qohumların redaksiyada çalışdı?! Maşın aldılar, evlərini təmir etdilər, maaş aldılar, bəs bütün bunlar haradan idi? Həbsdə olanda məni necə satacaqdın? Mən tək döyüşürdüm, ala biləcəkləri bir şey var idi - canım, onu da vermədim, anladın? Müdafiəm üçün məqalələr yazıb çıxışlar etmisən - sağol, amma mən vicdanım uğrunda həbsə girdim və sən özü rolunda səmimisənsə məni müdafiə etməkdə borclu idin, necə ki başqa isiyasi məhbusları öz köşəndə müdafiə etməyə borclusan. Sağol. 2005-2006 sənin üçün ictimai dəyər anlayışı olmayıb, riyakarlıq da etmə... Mən səndən fərqli olaraq, heç vaxt iki nəfərin arasında olan söhbətləri açmaram. İşində ol
- Şahvələd Çobanoğlu: - Riyakarlığı sən etmə. Eynulla, şəxsi təhqirə də keçmə. Mənim sənin qarşında qəbahətim yoxdur. Sənin haqqında da şəxsi heç nə deməmişəm. Qohumum məndən öncə səninlə işləyib, ona da münasibətim sənə olduğu kimidir. Elə ictimai səbəblərlə. İşləmişəm maaş almışam. Mənim hər zaman ictimai dəyərim olub.... Gündəlikdə yazdığım yazılar da da. Sən də işində ol.
- Eynulla Fətullayev: -Fazildən, məndən sonra səninlə heç kim daha dostluq etməz, çünki sən dost kimi etibarsız çıxdın, hamı ilə... İnsanların yolları birləşərdə, ayrılar da, amma çörəyi tapdalamq kişilikdən deyil. Mən sizin evdə, sən də bizim evdə çörək kəsmişik. Bunu tapdalamaq olmaz, heç olmasa bir az tariximizi oxu, dəyərlərimizi də öyrən. Biz Parisdə yaşamırıq... Bizim torpaqda heç vaxt belə ənənə olmayıb
- Şahvələd Çobanoğlu: -Mənə məhz o cəhətimə görə cox etibarlı adam kimi baxırlar... Çünki çörəyə hörmət edirəm, amma hamımıza çörək vərən ölkənin ziyanına nəsə olanda susmuram... Əsl dəyər budur... mənim də kodeksim budur. Mənim dostluq edən bunu bilməlidir....
- Eynulla Fətullayev: -Ölkənin zərərinə axı nə etmişəm? NƏ? Korrupsiya, qətllər, istibdad, xalqa qsrşı repressiya, mənə aqressiyanın səbəbini anlaya bilmirəm?
- Şahvələd Çobanoğlu: -Aqressiyanı səni həbs edənlər göstərdi, mən yox...
Hazırladı:
Gülnar