Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Almaniyada yaşayan azərbaycanlı mühacir, keçmiş jurnalist Yafəz Həsənovu məhkəməyə verir.
Unikal.org xəbər verir ki, Gülağa Aslanlı bu barədə öz Faceook hesabında yazıb.
O bildirib ki, şər və böhtana görə jurnalisti məhkəməyə verir və son tamamlanma işləri gedir.
Gülağa Aslanlı qeyd edib ki, məhkəmənin qərarı olmadan qaldırılan iddialar, atılan böhtanlar elə iddia və böhtan olaraq qalır.
Aparat rəhbəri növbəti addımda Almaniya Məhkəməsinə müraciət edəcəyini bildirib.
Xatırladaq ki, Yafəz Həsənov “Mühacir alveri”ndə adı keçən Müsavat Partiyası rəhbər şəxslərinin və funksionerlərinin siyahısını açıqlamışdı.