Lənkəranda keçmiş məhkum mağazada quldurluq edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 25-də rayon sakini E.Məmmədlini bıçaqla hədələyib işlədiyi mağazadan quldurluq yolu ilə 350 manat aparmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb.
Digər məlumata görə, Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən ümumilikdə 1326 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Fətullazadə də tutulub.