Bir çox ölkələrdə alternativ nəqliyyat vasitələri müvcuddur.
Unikal.org xəbər verir ki, bu barədə BNA-nın Nəqliyyat İinfrastrukturunun Təşkili şöbəsinin sektor müdiri Vüqar Məmmədzadə REAL TV-yə bildirib.
Bakıda Metrobüs, yaxud tramvay xəttinin yaradılması barədə danışan qurum rəsmisi bildirib ki, bu istisna olunmur:
"12 metrlik avtobuslardan 280 ədədi paytaxta gətirilib. Son 18 metrlik 20 ədəd avtobuslar da yaxın müddətdə paytaxta gətiriləcək.
Metrobüsdən əvvvəl istəyirik ki, insanlar sərnişindaşımaya etibar etsinlər. İlk növbədə insanların güvənini qazanmalıyıq.
Təbii ki, İstanbulla Bakı şəhəri müqaisə oluna bilməz. İstanbul böyük şəhərdir. Bakı şəhərində müəyyən analizlər, təhlillər edirik.
Sərnişinlərin daha sıx getdiyi ərazilər araşdırılmalıdır. Misal üçün Sumqayıt ərazisini deyə bilərəm. Bakı-Sumqayıt ərazisini deyə bilərəm. Bakı şəhərində metrobüsün olması istisna olunmur".