Bu gün Nizami Rayon İcra Hakimiyyətində Ulu öndərin anım günü münasibətilə “Müstəqil Vətənin memarı – ölməz dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin, ictimai təşkilatların rəhbərləri iştirak ediblər.
Öncə İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.
Tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb.
Həmçinin Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bəşər tarixinin ən parlaq şəxsiyyətləri ilə bir sırada duran, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin ideloji-siyasi əsaslarını yaratdığını və öz xalqını həqiqi müstəqilliyə qovuşdurmaqla ictimai şüurda əbədiyaşarlıq hüququnu qazandığını söyləyib və hər bir azərbaycanlının Ulu Öndərin bu xidmətlərini yad etdiyini, vəfatının on altıncı ildönümünün Vətənimizin hər bir guşəsində, eləcə də soydaşlarımızın yaşadıqları bütün ölkələrdə anıldığını və onun ölməz xatirəsinə dərin ehtiramın göstərildiyini qeyd edib.
Tədbir ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Müstəqil Vətənin memarı” adlı filmin nümayişi ilə davam edib.