Dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında, həmçinin yerli idarə, şöbə və bölmələrində, o cümlədən strukturuna daxil olan  qurumlarda Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib. 

Unikal.org xəbər verir ki, SHXÇDX Aparatında keçirilən mərasimdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən işlərin, aparılan islahatların Ulu Öndərin milli inkişaf konsepsiyasının uğurlu davamı olduğunu qeyd edib. 

Nazim Mustafa Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik dövründə başlanmış inkişafın bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanın beynəlxalq nüfuzunun artmasından söz açıb. Ölkə ictimaiyyətinin aparılan ardıcıl islahatları dəstəklədiyinə, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasi kursun uğurlarına inam ifadə edib. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının və Bakı qarnizonunun hərbi qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.