Bu gün gənclər və idman naziri Azad Rəhimov Biləsuvarda rayon vətəndaşlarnı qəbul edib. Qəbulda 11 dən çox vətəndaş iştirak edib.
Unikal.org xəbər verir ki, müraciətlər sırasına “Gənclər evi”nin müvafiq avadanlıqlarla təmin edilməsi, idman qurğularına idman avadanlığının verilməsi, yerlərdə təlim-məşq toplantısının keçirilməsi, iş ilə təmin oluna, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi daxil idi.
Müraciətlərin bir qismi yerindəcə həll edildi, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirildi. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldildi.