Oqtay Şirəliyev də sahibkarlara qarşı
14:00 31-10-2012
CƏMİYYƏT
Oqtay Şirəliyev də sahibkarlara qarşı
Səhiyyə Nazirliyi hücumlara başladı
Səhiyyə Nazirliyi də sahibkarları cərimələyib. İş adamlarına qarşı digər dövlət qurumlarının hücumlarına adətkarda olsaq da, Oqtay Şirəliyevin nazirliyi bunda bir qədər passiv davranırdı. Amma deyəsən, artıq Səhiyyə Nazirliyi də sahibkarlara qarşı amansız olmağa qərar verib.
Bunu dünənki rəsmi bir məlumat da təsdiqləyir. Həmin məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 67 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
49 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 38 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1051, mikrobioloji göstəricilərinə görə 1047, toksikoloji göstəricilərinə görə 422, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 15-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.
Şadlıq evlərindən 2829 yaxma nümunəsi, 68 soyuq qəlyanaltı nümunəsi götürülüb, 56 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.
Əslində bu cür yoxlamaların olması təbiidir. Elə yoxlamalar sonucunda hansısa sərt addımların atılması da.
Sadəcə, Azərbaycan reallığında belə kütləvi yoxlamaların hansısa maraqlara xidmət edə biləcəyindən şübhələr var. İndi də bu istisna deyil, odur ki, Səhiyyə Nazirliyinin ilk baxışda qanuna və məntiqəuyğun yoxlamalarının "sahibkarlara hücum" kimi dəyərləndirilməsi də tamamilə anlaşılandır.
Həsən Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49