“SSRİ dövründə Azərbaycanın avtomobil yollarında orta sürət həddi 60 km/saat idi. Hazırda isə bu göstərici 80 km/saatdır”.
Unikal.org xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
“Yolların keyfiyyətli olması sürətə də təsir edir. Sürət həddinin 10 km/saat artırılması yol üçün əlavə min tonlarla yük deməkdir. Hazırda Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə, MDB məkanında 2-ci, dünyada isə 27-ci yerdədir. Əgər əvvəllər Mil-Muğan zonasında yaşayanlar yolun keyfiyyətsizliyinə görə Qəbələyə, Zaqatalaya getmək istəmirdilərsə, bu gün isə onlar həvəslə həmin yerlərə istirahətə gedirlər”, - o bildirib.
“Bu günə qədər Bakı və Bakıətrafı kənd və qəsəbələrdə 301 km yol çəkmişik. Bu çox böyük əhəmiyyət kəsb edir. Bu il də bunu nəzərə alacağıq”, - S.Məmmədov əlavə edib.
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2019-cu ildə 51 layihə üzrə 1 080 km yol çəkməli idi: "Plan artıqlaması iləyerinə yetirilib və 1 376 km yol çəkilib. Bu işlərin bir qismi mövcud yolların yenidən qurulması və onların üzərində süni qurğuların quraşdırılması ilə bağlıdır”, - o qeyd edib.