Amerikalı kinorejissor Harvey Veynşteyn-nin dəhşətli əməllərinin üstü açılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o 75 qadına təcavüz etməsi ilə ittiham olunub və ömürlük həbs cəzasına məhkum edilməsi tələb edilib. Məhkəmə davam edən zamanda dünyaca məşhur aktrisa Annabella Skiorra, manyak rejissor haqda daha bir dəhşətli faktı açıqlayıb.

O bildirib ki, Harvey Veynşteyn 25 il əvvəl aktirsanın evinə zorla girərək ona təcavüz edib. Aktrisa öz açıqlamasında kinorejissorun onu "Bu ikimizin arasında qalacaq" deyərək hədələdiyini də qeyd edib.