Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 7 kilometr dərinliyindədir.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.
xxx
20:44
Türkiyənin Manisa əyalətinin Akhisar rayonunda zəlzələ baş verib.
Unikal.org Türkiyənin Kandilli Rəsədxanasına istinadən xəbər verir ki, yerli vaxtla saat 19:01-də qeydə alınan yeraltı təkan 3,1 bal gücündə qiymətləndirilib.
Zəlzələnin ocağı 8.5 km dərinlikdə olub.