Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 77 721 yerli müşahidəçi qeydiyyatdan keçib.

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək.