İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun görüş-qəbulları  bir qayda olaraq izdihamlı,təhlillərdən sonra aparıldığı üçün daha maraqlı olur, iştirakçıların çoxluğu ilə seçilir. Tircan kəndində keçirilən görüş-qəbul da məhz bu baxımdan xarakterik idi.

Unikal.org xəbər verir ki, tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov cənab Prezident İlham Əliyevin həyat fəaliyyətinin bütün istiqamətlərində keçirilən islahatlardan,qəbul olunan sərəncamların insanların sosial həyatını zənginləşdirilməsindən, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilin icrasına həsr olunmuş konfransda qarşıya qoyduğu vəzifələrdən,  rayonun,Tircanın inkişafından və mövcud problemlərin aradan qaldırılması yollarından danışıb. Tircana və Maçaxıya çəkilən yolun bilavasitə ölkə başçısının qayğısının nəticəsi olduğunu qeyd edib.

İştirakçılar adından Mahir Alməmmədov həyatlarına bəxş olunan yeniliklərə, rahatlığa görə Prezident İlham Əliyevə minnətdarlıq edib.  

Maçaxı kəndində qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, buraya qaz çəkilməsinə,  özünüməşğulluq proqramına daxil olmağa, torpaqların mülkiyyət aidiyyatı baxımından  sərhədlərinin müəyyənləşdirilməsinə, kənd sakinlərinin toplaşması üçün bir ictimai binanın tikilməsinə və digər sosial xarakterli məsələlərin həllinə köməklik göstərilməsi xahiş edilib.Qaldırılan bütün məsələlər bir daha RİH-də təhlil olunub, icraçılar və icra müddəti müəyyənləşdirilib, aid təşkilatlara  müvafiq tapşırıqlar verilib.