103 saylı Gədəbəy seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürmüş Elmar Musayev seçicilərinə müraciət edib.
Unikal.org xəbər verir ki, O, seçiciləri 9 Fevral növbədənkənar Parlament Seçkilərində aktiv iştirak etməyə səsləyib:
“Əziz seçicilərim! Sizdən daha bir xahişimiz bu seçkilərin normal məcrada keçirilə bilməsi üçün hər biriniz qeydiyyatda olduğunuz seçki məntəqələrinə gedərək səs verin. Bu gün bizim dairəmizdə yaranan əlverişli şərait və ölkə rəhbərliyinin də şəffaf və ədalətli seçki keçirmək üçün mümkün olan hər şeyi etməsi biz vətəndaşları da bu prosesdə fəal olmağa səsləyir. Ona görə də hamımız əl-ələ, birlikdə bu prosesdən üzüağ çıxmaq üçün insanları səsvermədə fəal olaraq öz istədikləri namizədə səs verməyə çağırıram.Başqa şəhərlərdə yaşayan gədəbəylilərim sizlər də bir günlük işinizi kənara qoyaraq, Gədəbəy rayonuna gəlib inandığınız namizədə səs verin.Mən buradan üzümü səhiyyə və təhsil işçilərinə üz tuturam.Bilirəm sizin ürəyinizdə olan namizədlərdən biri də mənəm.Odur ki, ürəyinizin səsini dinləyin.İnanıram ki, 9 Fevralda sizin sayənizdə qələbə mənim olacaq.Gədəbəyimizin problemlərini birlikdə həll edəcəyik”.