Azərbaycanda III ixtisas qrupunda 5 ixtisas ləğv edilib, iki ixtisasın adı dəyişib, 3 yeni ixtisas yaradılıb.

Unikal.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, III ixtisas qrupunda Məktəbəqədər təlim və tərbiyə, Kitabşünaslıq, Antropologiya, Teatrşünaslıq və Kinoşünaslıq ləğv edilib. Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları müvafiq olaraq Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması adlandırılıb. III ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Məktəbəqədər təhsil,  İslamşünaslıq və İctimai təhlükəsizlik və idarəetmə ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra III ixtisas qrupuna aşağıdakı 24 ixtisas daxildir:

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

3. İbtidai sinif müəllimliyi

4. Korreksiyaedici təlim

5. Məktəbəqədər təhsil

6. Tarix müəllimliyi

7. Təhsildə sosial-psixoloji xidmət

8. Xarici dil müəllimliyi (dillər üzrə)

9. Dinşünaslıq

10. Dövlət və ictimai münasibətlər

11. Fəlsəfə

12. Filologiya (dil və ədəbiyyat göstərilməklə)

13. Hüquqşünaslıq

14. İslamşünaslıq

15. Jurnalistika*

16. Kitabxanaçılıq və informasiya fəaliyyəti - 1

17. Politologiya

18. Tarix

19. Tərcümə (dillər üzrə)

20. Bədii yaradıcılıq və ekran dramaturgiyası

21. Muzey, arxiv işi və abidələrin qorunması -1

22. Sənətşünaslıq (sahələr üzrə)

23. Sosial iş

24. İctimai təhlükəsizlik və idarəetmə