“Təbiət keşikçi ilə deyil sevgi ilə qorunur!” şüarı altında Abşeron Milli Parkında Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının, Azərbaycan Ornitoloji Cəmiyyətinin və məktəblilərin iştirakı ilə ekoloji təlim keçirilib.
Unikal.org xəbər verir ki, Abşeron Milli Parkının yaradılmasının 15 illiyi ilə əlaqədar təşkil olunan tədbirə Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin dəstəyi ilə Suraxanı rayonunun 280 saylı məktəbinin 40-dan artıq şagirdi qatılıb.
Məktəblilərə Azərbaycanın qorunan təbiət ərazilərinin əhəmiyyəti, flora və fauna növlərinin mühafizəsi, ətraf mühitə münasibətdə məktəblilərin mövqeyi ilə bağlı məlumatlar verilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Təlimdə fəallıq göstərən şagirdlər hədiyyələrlə mükafatlandırılıb, bütün iştirakçılara isə il ərzində yaxınları ilə birgə parka ödənişsiz daxil olmaları üçün Abşeron Milli Parkı tərəfindən dəvət kartı paylanılıb.
Qeyd edək ki, Abşeron milli parkı ölkə prezidentinin 2005-ci il 8 fevfral tarixli Sərəncamı ilə yaradılıb.
Bu gün milli parkda "Açıq qapı" günü elan edilib.