Sabirabadda 57 yaşlı kişi on gündən çoxdur ki, yoxa çıxıb.

Unikal.org Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Poladtoğay kənd sakini Cəmaləddin Aslanov ötən ayın sonunda evdən çıxıb və həmin gündən itkin düşüb.

Həmin gündən doğmaları bütün qohum-əqraba ilə əlaqə saxlayıb. Amma Cəmaləddin Aslanovdan heç bir xəbər çıxmayıb. Hətta Kür çayının kənddən keçən hissələrində də axtarışlar aparıblar.

Cəmaləddin Aslanovun itməsi ilə bağlı polisə də məlumat verilib. Onun axtarışı davam etdirilir.