Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 10-da gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

Unikal.org xəbər verir ki, məlumatda deyilir:

Bakıda və Abşeron yarımadasında

Fasilələrlə   qar yağacağı gözlənilir. Güclü şimal-qərb  küləyi əsəcək.
Havanın temperaturu  gecə 1-4° şaxta, gündüz  1-3° isti olacaq. 
Bakıda  gecə 2-4° şaxta, gündüz 1-3° isti olacaq.
Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə və gündüz  75-85%  olacaq.  
Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında

Arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə  intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 0-5° şaxta, gündüz 1-6°  isti, dağlarda gecə 10-15° şaxta, gündüz  3-8° şaxta  olacaq.  Yolların buz bağlama ehtimalı var.