Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqəni medalsız başa vurub.
Unikal.org-un məlumatına görə, milli komanda üzvlərindən ən yüksək nəticəni Məmmədəli Mehdiyev göstərib. 90 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançı bürünc medal görüşündə kubalı İvan Felipe Silva Moralesə uduzub.
Digər 16 cüdoçudan (11 kişi, 5 qadın) heç biri 1/4 finaladək irəliləyə bilməyib.
Qeyd edək ki, Böyük Dəbilqədə 115 ölkədən 680 cüdoçu (405 kişi, 275 qadın) mübarizə aparıb.