“Bu gün “Qaynar xətt”ə 261 müraciət daxil olub”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, bu müraciətləri də araşdırılacaq: “Müraciətlərin mütləq əksəriyyəti bu an və dəqiqə etibarı ilə onlara operativ kömək etmək məqsədi ilə olub. Buna baxmayaraq, bura daxil olan müraciətləri də çox ciddi şəkildə araşdırılır”.