Mərkəzi Seçki Komissiyası ötən gün Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb.

Unikal.org xəbər verir ki, ilkin nəticələrə əsasən, bir neçə dairədə səslər tam hesablanmayıb.

Həmin dairələrin arasında Hadı Rəcəblinin iştirak etdiyi 74 saylı Lənkəran Kənd, Hüseynbala Mirələmovun iştirak etdiyi 33 saylı Xətai Birinci, Çingiz Qənizadənin iştirak etdiyi 80 saylı İmişli-Beyləqan, Fəzail Ağamalının iştirak etdiyi 60 saylı Salyan-Neftçala, Şahin İsmayılovun iştirak etdiyi 81 saylı Beyləqan, Rauf Arifoğlu və İqbal Ağazadənin mübarizə apardığı 35 saylı Xətai Üçüncü, İmamverdi İsmayılovun iştirak etdiyi 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi də var. Sözügedən seçki dairələrində səslərlə bağlı əsaslı şübhələr yarandığı üçün nəticələr ləğv oluna bilər.

Qeyd edək ki, MSK sədri qeyd edib ki, 33 Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairələrindən çox ciddi müraciətlər daxil olub. Buna görə də bu müraciətlərin hər biri ciddi araşdırılacaq. 

MSK aşağıdakı seçki dairələri üzrə lider namizədləri müəyyənləşdirməyib:

- 17 saylı Yasamal Üçüncü Seçki Dairəsi 

- 35 saylı Xətai Üçüncü Seçki Dairəsi 

- 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi

- 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi 

- 77 saylı Astara Seçki Dairəsi

- 123 saylı Kəlbəcər Seçki Dairəsi 

- 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi