Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, AMEA Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

2020-ci ildə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi tamam olur.