Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün heç bir ciddi çətinlik yaratmayıb.

Bu barədə Unikal.org-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, AAYDA-nın nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb: “Buna baxmayaraq buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb. Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik”.