9 Fevralda Milli Məclisə keçirilən seçkilərdə 41 saylı Sumqayıt birinci Seçki Dairəsində maraqlı anlar yaşanıb.

Unikal.org xəbər verir ki, seçkinin gedişi zamanı komissiya üzvü şeir söyləyib. Sonra isə o, seçiciyə müraciət edib. Bundan sonra seçici muğam oxuyaraq məntəqəni tərk edib. Onların bu addımını komissiya üzvləri və müşahidəçilər mobil telefonla çəkməyə başlayıblar.