Elmar Vəliyevə qarşı gizli ittifaq
12:28 07-11-2012
CƏMİYYƏT
Elmar Vəliyevə qarşı gizli ittifaq
Onun “bölgə qubernatoru” olmaq iddiası narazılıq yaradıb
Gəncəbasar bölgəsinin bir neçə rayonunun icra başçısı ilə Gəncənin icra başçısı Elmar Vəliyev arasında soyuq küləklər əsir. Buna səbəb Vəliyevin bölgədə ən yüksək nüfuz sahibi olmaq istəməsi, qeyri-rəsmi şəkildə özünü bölgə qubernatoru kimi aparmağa çalışmasıdır.
Bu barədə verilən məlumatlara görə, ölkənin ikinci ən böyük şəhərinə rəhərlik etməsinin ona xüsusi imtiyazlar tanıdığına inanan Elmar Vəliyev digər icra başçıları tərəfindən də ona özəl münasibət sərgilənməsini istəyir, bir növ onların özünü “ağsaqqal” kimi qəbul etməsini arzulayır Bu isə qərb bölgəsindəki bir neçə rayonun icra başçısı ilə Elmar Vəliyev arasında münasibətlərin soyumasına, arada müəyyən ixtilafların yaranmasına gətirib çıxarıb.
Məlumatı verən qaynaqların iddiasına görə, deyilənlərin doğruluğunun ən yaxşı təsdiqi bu günlərdə Gəncədə kifayət qədər nüfuzlu xarici qonaqların da qatılımı ilə Nizami Gəncəvinin 870 illiyi münasibəti ilə keçirilən tədbirlərdir. “Bakıdan və ölkənin hüdudlarından kənardan yetərincə nüfuzlu dəvətlilərin qatıldığı törənlərdə Gəncəbasar bölgəsinə daxil olan bir neçə rayonun icra başçısı gəlməyib. Buna səbəb isə Elmar Vəliyevin həmin icra başçılarını məhz aralarındakı soyuqluq üzündən həmin tədbirlərə dəvət etməməsidir” - deyə yayılan söz-söhətlərdə vurğulanır.
Hazırda Elmar Vəliyevin mövqelərinin bölgədəki sadəcə iki-üç rayonda - Göy-göl, Yevlax, Goranboy - güclü olduğunu bildirən mənbə halbuki Gəncənin icra başçısının Qazağadək olan əksər rayonlarda bölgənin əsas söz sahibi kimi qəbul olunmasına çalışdığına diqqət çəkib. Onun bu istəyini xoş qarşılamayan icra başçılarının Vəliyevlə münasibətlərinin xeyli dərəcədə soyuduğunu deməklə bərabər, mənbələr həmin rayon rəhbərlərinin Gəncənin icra başçısına qarşı faktiki olaraq gizli tifaq qurduqlarına da əmindir: “Belə ki, Elmar Vəliyev bölgə qubernatoru kimi qəbul olunmaq iddialarından əl çəkməz və həmin rayonların icra başçıları üzərində də təsir imkanları yaratmağa davam edərsə, onların bu barədə “yuxarılar”a şikayətlənə biləcəyi tamamilə realdır”.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00