Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xəzər Universiteti – Sumqayıt  Dünya məktəbində keçirilən Çin dili fakultativ dərslərində "Çini tanıyaq" adlı açıq dərs təşkil olunub.

Unikal.org xəbər verir ki, Çin dili fakultativ dərslərinin keçirilməsində əsas məqsəd məktəblilərdə Çin dili və mədəniyyətinə marağın artırılmasından həmçinin bu sahədə istedadlı gənclərin yetişdirilməsindən ibarətdir. Çin dili fakultativ dərslərini tədris edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva məktəblilərə Çinin mədəniyyəti, tarixi, coğrafiyası haqqında məlumat verib. Məktəblilərə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun müəllifi olduğu Azərbaycan dilində ilk "Çin dili dərs vəsaiti" hədiyyə olunub.

Həmçinin hökm sürən koronavirus epidemiyasının Çində yaratdığı fəsadlardan da danışıb. Məktəblilərin marağına səbəb olan açıq dərsin sonunda ADU-nun Çinşünas tələbələrinin Çin xalqı ilə həmrəyliyini ifadə edən "Uxan, biz səninləyik!" adlı videoçarx  nümayiş olunub. Sonda məktəblilər də çinli yaşıdlarına dəstək məqsədi ilə “Çin, möhkəm ol!” adlı videoçarxın çəkilişində iştirak ediblər.