Şirvan şəhərində 2 gün əvvəl doğulan körpə ölüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, 1999-cu il təvəllüdlü Mecdinova Türkan Güləhməd qızı fevralın 12-də oğlan uşağı dünyaya gətirib. Bu gün səhər saatlarında körpə ölüb.
Körpənin meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.