24.09.2025-ci il tarixində saat 08:15 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

*** 09:11 

Gədəbəyədə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobusla minik maşını toqquşub.

Qəzadan sonra mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı 9 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusdakı şəxslər müəllimlər olub. Onlar Gəncədən Gədəbəyə işə gedirmişlər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov