Fransa millisinin futbolçusu Orelyen Çuameni dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın "Real Madrid" klubunda çıxış edən 25 yaşlı yarımmüdafiəçi İslandiya ilə görüşün (2:1) 68-ci dəqiqəsində qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb.
Bu səbəbdən o, oktyabrın 10-da Azərbaycan, 3 gün sonra isə İslandiya ilə qarşılaşmalarda meydana çıxmayacaq.