“Santos”un futbolçusu Neymar Braziliya millisindəki komanda yoldaşı Rafinyanın “Qızıl top” səsverməsində beşinci yeri tutmasına etiraz edib.
"Unikal" xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında yazıb.
2024/25 mövsümünün ən yaxşı futbolçusu mükafatını PSJ-nin hücumçusu Usman Dembele qazanıb. Səsvermədə ikinci yeri “Barselona”nın vingeri Lamin Yamal, üçüncü yeri PSJ-dən Vitinya, dördüncü yeri isə “Liverpul”dan Məhəmməd Salah tutub.
“Rafinyanı beşinci yerə qoymaq həddindən artıq ədalətsizlikdir”, – Neymar yazıb.
Ötən mövsüm Rafinya bütün turnirlərdə “Barselona”nın heyətində 57 oyun keçirib, 34 qol vurub və 25 məhsuldar ötürmə edib. Komanda ilə birlikdə o, İspaniya çempionluğu, kuboku və Superkuboku qazanıb.