Nobel Sülh Mükafatını qazanmaq üçün ABŞ prezidenti Donald Tramp Fələstin və İsrail arasındakı münaqişəyə son qoymalıdır.

"Unikal" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, Tramp anklavdakı vəziyyətə təsir edə bilər, çünki Vaşinqton Qəzzadakı döyüşlər üçün silah verir.

Makron əlavə edib ki, ABŞ prezidenti münaqişəni dayandırmaq üçün İsrailə təzyiq göstərməlidir.