Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsinin tələbəsi Polad Rüstəmzadə, eləcə də İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Nihad Əliyevin birgə formalaşdırdığı “Delta Force AzTU” komandası bu ilin dekabrında Yaponiyada keçiriləcək “All Japan Robot-Sumo Tournament” yarışında iştirak edəcək.

"Unikal" xəbər verir ki, “Delta Force AzTU” yarışın “Meqa Sumo” kateqoriyasında ən yaxşı Azərbaycan komandası kimi ölkəmizi təmsil edəcək.

Bundan başqa, AzTU-nun nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbəsi Sənan Mirzəzadə də sözügedən yarışda Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, Sənan Mirzəzadə “Azerbaijan International Robotics Olympiad 2026” yarışmasının “Mini Sumo” kateqoriyasında I yerin qalibi olub.