Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı "müharibəyə son qoymağı təşviq etmək üçün" 40 günlük əməliyyat elan edib.

"Unikal" xəbər verir ki, bu barədə o, general-mayor Yevgeni Xmara ilə görüşdən sonra "Telegram" kanalında bildirib.  

“Mən təcavüzkar dövləti müharibəni dayandırmağa məcbur etmək məqsədi ilə Xidmətin ona təzyiq göstərmək üçün 40 günlük əməliyyatını təsdiqlədim”, - deyə Zelenski qeyd edib.