İsmayıllıda maşın aşıb, sürücü ölüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonunun Kürdeldarbəyli kəndi yaxınlığında baş verib. Həmin ərazidən Gideyli kəndi istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Ehtiram Muradov