Qubada ayılar növbəti kəndlərə hücum edib.
"Unikal"ın məlumatına görə, bu dəfə rayonun Xanagah və Qımılqazma kəndlərinə 5 ayı hücum edərək, yerli sakinlərə məxsus 20-yə yaxın xırdabuynuzlu heyvanı, inək və buzovu parçalayıb.
Tövləni isə dağıdıb. Sakinlərin sözlərinə görə, kənd ərazisində və kəndə yaxın meşəlik ərazidə gəzmək təhlükəlidir.
Qeyd edək ki, bundan öncə ayılar Səbətlər kəndində təsərüfatlara zərər verib.
*** 10:38
Qubada ayılar heyvanları parçalayıb.
"Unikal"ın məlumatına görə, Quba rayonunun Səbətlər kəndində ayılar yerli sakinlərə məxsus iri buynuzlu heyvanları parçalayıb.
Belə ki, kənd sakinləri İsa Hüseynova məxsus camış və Sübhan Əhmədova məxsus inək tələf olub.
Kənd sakinləri bildirir ki, ayıların ayaq izləri kəndin daxilində də müşahidə olunur.
Asiman Qaraca