"İstanbul Teknofest"də iştirak edən Azərbaycan Muay-Tay Federasiyasının prezidenti, milli idmançımız Araz Musayev Türkiyə mediasının diqqətini çəkib. 

"Unikal" xəbər verir ki, Araz Musayev qardaşlıq və birlik nümayiş etdirərək 2018-ci ildən keçirilən "Teknofest"ə fasiləsiz qatılır. Məqsədi türkün gücünü bütün dünyaya göstərmək olan Araz Musayev həm gənclərə dəstək olur, həm də yeni nəslə Türkiyə-Azərbaycan qardaşlığını öyrətmək üçün onlarla bir araya gəlir.

"Azərbaycan-türk birliyinin, bərabərliyinin qorunması üçün biz hər zaman "Teknofest"də yer alırıq. Həm gənclərimizin formalaşmasında, inkişaf etməsində, yeni texnologiya ilə uğurla addımlamasında əlimizdən gələni edirik. Bunu etməyimizdə məqsəd birlik, qardaşlıq, bərabərlik, qədim tariximizi önə çəkmək və qardaşlığımızı davam etdirməkdir. Azərbaycan Muay-Tay Federasiyasının prezidenti, həmçinin, idmançı olaraq bundan sonra da qardaşlığımız üçün əlimdən nə gəlirsə, etməyə hazıram. Türk Ordusu və Türk Birliyi var olsun!", - deyə Araz Musayev açıqlamasında bildirib.