Yeni Moskvada təyyarə çoxmərtəbəli yaşayış binalarının damları üzərindən hədsiz dərəcədə aşağı məsafədən uçub.
"Unikal" xəbər verir ki, yayılan görüntülərdə təyyarə birbaşa hündürmərtəbəli binaların damları üzərindən uçaraq Moskvanın Vnukovo hava limanına doğru hərəkət edib.
İlkin məlumatlara görə, pilot Ukrayna pilotsuz təyyarələrinin səmada olması səbəbindən bilərəkdən aşağı hündürlükdə uçub.
Şəhər meri Sergey Sobyaninin sözlərinə görə, bu saata qədər 11 pilotsuz təyyarə vurulub.