İran Prezidenti Məsud Pezeşkian Tehranda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə də görüşüb.