22.09.2025-ci il saat 11:00 radələrində 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ona döş qəfəsinin ön səthinin, bel və sağ sağrı nahiyyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu təyin olunub.
"Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir",- deyə əlavə edilib.
Qeyd edək ki, Xaçmazda tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Ş. kesilmiş-deşilmiş yaralar alıb. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tələbəyə qayçı ilə xəsarət yetirildiyi bildirilir. Hadisəni törədən E.M. polis tərəfindən saxlanılıb.
*** 16:20
Xaçmazda məktəbdə bıçaqlanma hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, " Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi"ndə tələbələr arasında qəpik üstündə yaranan mübahisə bıçaqlanma hadisəsi ilə bitib.
Belə ki, hadisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.
Yaralı Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Asiman Qaraca